BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə aptekin qarşısında gənci bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Zamin Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını yüngülləşdirərək 4 ilə endirib.

 

İttihama görə, hadisə 2021-ci il sentyabrın 22-də, saat 2 radələrində “Əhmədli” metrostansiyasının yaxınlığındakı “Natural” aptekinin qarşısında baş verib.

 

Belə ki, 2001-ci il təvəllüdlü Zamin Məmmədov zərərçəkmiş 2005-ci il təvəllüdlü Səməd Qafarzadənin (şərti) onu vurması ilə bağlı aralarında yaranan münasibətlərə bir daha aydınlıq gətirmək istəyib. Bu zaman Səməd onu yenidən yumruqla vurduqdan sonra üzərində gəzdirdiyi bıçaqla zərərçəkmişin sol qoltuqaltı nahiyəsindən bir dəfə zərbə endib.

 

Hadisəni törədən Zamin Məmmədov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.  Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 Dekabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin