BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını baltalayan şəxs yenidən məhkəmə qarşısına çıxarıldı

Sumqayıt Apellyasiya Məhkəməsində Qubada keçmiş arvadını baltalamaqda təqsirləndirilən Elşən Muradovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyir.

 

Qeyd: Bu il aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə iki dəfə zərbə endirib. Gülnar Muradovanın yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib. Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürməyə cəhd edib.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 15 Dekabr 2023, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin