BURADA REKLAMINIZ OLA
BİLƏR

Dövlət başçısının general-mayor ali xüsusi rütbəsi verdiyi Aqşin Kazımovla Asif Məmmədlinin DOSYESİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşına ali hərbi və ali xüsusi rütbələr verilib. Onlar arasında daxili xidmət polkovnikləri Aqşin Böyükağa oğlu Kazımov, Asif Eltufat oğlu Məmmədli də var. A.Kazımova və A.Məmmədliyə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.

 

Pravda.az onlarla bağlı məlumatları təqdim edir:

 

A.Kazımov Azərbaycan Respublikası FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir.  28 noyabr 1965-ci ildə Bakı şəhərində anadan olub.

 

SSRİ DİN Ali Mühəndislər Yanğın Texniki Məktəbini bitirib.

 

Ailəlidir. 3 övladı var.

 

A.Məmmədli isə FHN-nin Dövlət Yanğından Mühafızə Xidmətinin rəisidir. 2 iyul 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Ali Hərbi Dənizçilik Akademiyasını və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Akademiyasını bitirib.

 

Ailəlidir. 2 övladı var.

 

Aytəkin Qardaşova

Tarix: 15 Dekabr 2023, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin