BURADA REKLAMINIZ OLA
BİLƏR

Daha bir zəlzələ oldu

Mərmərə dənizində 4,1 maqnitudada zəlzələ olub.

 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verilənlərindən məlum olub.

 

Bildirilib ki, yeraltı təkanların dərinliyi 11,18 km olub. Bakı vaxtı ilə 00:53-də qeydə alınmış təbiət hadisəsinin ocağı Türkiyənin Yalova şəhərinin Çınarcık rayonunda 8,52 km məsafədə yerləşib.

 

Sosial şəbəkədə yayılmış məlumata görə, seysmohadisə ölkənin ən iri şəhəri – İstanbulda da cüzi hiss olunub.

 

Report

Tarix: 18 Dekabr 2023, 01:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin