BURADA REKLAMINIZ OLA
BİLƏR

“Az-Granata” cərimələnə bilər

Az-Granata MMC Ağsu Rayon Şirə və Şərab Zavodu Həmkarlar İttifaqı Komitəsinə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (İçməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən yazılıb.

 

İş Ağsu Rayon Məhkəməsinin hakimi Anar Əsgərovun icraatındadır. Baxış iclası dekabrın 29-da keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 18 Dekabr 2023, 08:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin