BURADA REKLAMINIZ OLA
BİLƏR

“Team sport”a inzibati protokol yazıldı

“Team sport” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Salyan Rayon Məhkəməsinin hakimi Vəsilə Əliyevanın icraatındadır. Baxış iclası dekabrın 27-də keçiriləcək.

 

Xəyal Quliyev

Tarix: 18 Dekabr 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin