BURADA REKLAMINIZ OLA
BİLƏR

Bəraət alan qardaşlarla bağlı yenidən kassasiya şikayəti verildi

Bakıda dələduzluqda təqsirləndirilən Faiq Abdullazadə və onun qardaşı Fərid Abdullazadənin barələrindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qardaşların vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qardaşlar barəsində bəraət hökmü çıxarıb. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən həm kassasiya protesti, həm də kassasiya şikayəti verilib. Ali Məhkəmənin qərarına əsasən, həm protest, həm də şikayət təmin olunmayıb.

 

İttihama görə, iş üzrə zərərçəkmiş qismində tanınan Vüsalə Atayeva hüquq-mühafizə orqanlarına şikayətində bildirib ki, keçmiş həyat yoldaşı Faiq Abdullazadə qardaşı Fərid Abdullayev ilə əlbir olaraq onun etibarından sui-istifadə edib, müxtəlif vaxtlarda ümumilikdə 191 950 manat pulunu ələ keçirib.

 

Kamal Məmmədov

 

 

Tarix: 18 Dekabr 2023, 09:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin