BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda narkotik "parnik"i aşkarlandı – ŞOK GÖRÜNTÜLƏR

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs tutulub. Polis həmin şəxsi elə onun müştərisi vasitəsi ilə saxlayaraq hər ikisini istintaqa cəlb edib. Bakıda bundan başqa istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs də saxlanıb.

 

Əvvəlcə müştəri daha sonra isə satıcısı saxlanıb.

 

Paytaxtın Nəsimi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Belə ki, əməliyyat zamanı əvvəlcə paytaxt sakini Eldəniz Şərifov saxlanıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 qramdan çox narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Eldəniz Şərifov ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün Nəsimi rayonu Cavadxan küçəsində Rəşad adlı şəxsdən aldığını bildirib.

 

Polis əməkdaşları əməliyyat tədbirlərini davam etdirərək, Bakı şəhər sakinin Rəşad Kazımovu da idarə etdiyi avtomobillə birgə saxlayıblar. Nəqliyyat vasitəsinə baxış zamanı saxlanc yerindən Rəşad Kazımova məxsus 335 qram heroin, 3, 635 qram psixotrop maddə, 10 qramdan çox tiryək , 5 ədəd psixotrop maddə və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

 

Paytaxtın Maştağa qəsəbəsində istixanada narkotik tərkibli bitkilər əkib-becərən şəxs də saxlanıb. Daxil olmuş məlumat əsasında rayon polis idarəsinin əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əliyusif Bağırzadə saxlanıb. Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 192 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yoli ilə yetişdirilən yaş halda çəkisi 45 kiloqram 535 qram olan 303 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Əliyusif Bağırzadə ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini etiraf edib. Saxlanılan şəxsin məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub. Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaqı gedir.

 

Tarix: 12 May 2020, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin