BURADA REKLAMINIZ OLA
BİLƏR

Birlikdə yeyib-içdiyi qonşusunu bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu bıçaqlamaqda təqsirləndirilən Habil Həsənzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 06 mart 2023-cü il tarixdə, saat 18 radələrində paytaxt ərazisində qeydə alınıb.

 

Belə ki, taksi fəaliyyəti ilə məşğul olan Habil Həsənzadə qonşusu və dostu, zərərçəkmiş Fəxrəddin Qarayevlə (şərti) yeyib-içib. Hər ikisi sərxoş olan zaman aralarında mübahisə yaranıb. Bu zaman Habil mətbəx bıçağı ilə zərərçəkmiş şəxsin döş qəfəsindən zərbə endirərək ona xəsarət yetirib.

 

Hadisədən sonra Habil Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 19 Dekabr 2023, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin