BURADA REKLAMINIZ OLA
BİLƏR

“Nazirliyin binasının arxasındakı MTK-dan 20 minə ev satacam” deyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Hüseyn Məmmədovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

İttihama görə, Hüseyn Məmmədov özgənin xeyli miqdarda əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə zərərçəkmiş Mahir Səfərovun (şərti) etibarından sui-istifadə edərək Elm və Təhsil Nazirliyinin inzibati binasının arxasında yerləşən “Effekt” MTK-ya məxsus yeni tikilmiş binadan ev satacağına dair yalan vəd verib. O, 2022-ci illərdə bu yolla zərərçəkmiş şəxsin ümumilikdə 20 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

 

Daha sonra vədinə əməl etməyən Hüseyn hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Hökmdə qeyd edilib ki, məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən narazı qalan Hüseyn Məmmədov və zərərçəkmiş Mahir Səfərov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Daha sonra zərərçəkmiş şəxs kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2023, 10:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin