BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtomobillə qadını vuraraq öldürən şəxsə CƏZA VERİLDİ

 

 

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Zaman Əlizadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə bu il Abşeron rayonu, Masazır dairəsindən 15 metr məsafədə “Araz” marketin qarşısında qeydə alınıb.

 

Belə ki, Zaman Əlizadə idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olan zaman yolu sağdan sola keçən piyada, 1968-cı il təvəllüdlü T.Nəsirovanı vuraraq öldürüb.

 

Hadisədən sonra Zaman Əlizadə cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2023, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin