BURADA REKLAMINIZ OLA
BİLƏR

Novxanıda qəza törədən sürücüyə hökm oxundu

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İlqar Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

İttihama görə, hadisə 02 avqust 2023-cü il tarixdə, saat 08:10 radələrində Abşeron rayonu, Novxanı kəndi, "Noil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

 

Belə ki, İlqar Abdullayevin idarə etdiyi "Kia Ceed" markalı avtomobillə Əsman Nəsirovun idarə etdiyi "Mercedes" toqquşub. Nəticədə Əsman Nəsirov xəstəxanaya aparılarkən yolda ölüb.

 

Hadisədən sonra İlqar Abdullayev cinayə məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 19 Dekabr 2023, 10:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin