BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakı Metropoliteni”nə inzibati protokol yazıldı

“Bakı Metropoliteni” QSC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Gömrük Komitəsi protokolu İnzibati Xətalar Məcəlləsinin 497-ci (Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə araşdırılacaq.

 

Xəyal Quliyev

Tarix: 20 Dekabr 2023, 06:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin