BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Ağalarovun qohumuna məxsus olduğu bildirilən şirkəti cərimə gözləyir

“Crocus trading” MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi (DGK) şirkət barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun icraatındadır.

 

Qeyd: Şirkətin qanuni təmsilçisi Cəmilə Ağalarovadır. C.Ağalarovanın Rusiyada yaşayan tanınmış iş adamı Araz Ağalarovun qohumu olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 20 Dekabr 2023, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin