BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını benzin töküb yandıran şəxsdən xəbər var

Keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Simon Abbasovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası gələn il aprelin 16-na təyin edilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Abbasov 14 il müddətə azadlıqdan məhrum edilib.


O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.


Qeyd edək ki, hadisə ötən il aprel ayında Gəncə şəhərində baş verib. Simon Abbasov boşandığı arvadı, 34 yaşlı K. Abbasovanın yaşadığı ata evinə gələrək onun üzərinə benzin tökərək yandırıb. Yaxınları onun paltarını söndürüb və qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.


İttihama görə, arvadının onun anasına zəng edərək nalayiq ifadə işlətməsindən əsəbiləşən S.Abbasov ondan qisas almaq istəyib.


Hadisə zamanı S.Abbasovun özü də yanıq xəsarətləri alıb.

 

Kamal Məmmədov 

Tarix: 20 Dekabr 2023, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin