BURADA REKLAMINIZ OLA
BİLƏR

Tələbə yoldaşına "musiqi məktəbinə direktor təyin edəcəm" deyən şəxsə cəza verildi

Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahir Səmədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayəti təmin edilməyib.

 

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttihama görə, Tahir Səmədov tamah niyyətilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tələbə yoldaşı zərərçəkmiş Zamiq Əliyevə (şərti) 8000 manat pul müqabilində Sumqayıt şəhərində musiqi məktəbinə direktor vəzifəsində təyin etdirəcəyi adı ilə yalan vədlər verib. O, bu yolla 2022-ci ildə zərərçəkmişin pulunu ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2023, 08:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin