BURADA REKLAMINIZ OLA
BİLƏR

Keçmiş arvadını barışmadığına görə bıçaqlayan şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməkdə təqsirləndirilən Samir Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Qəniyevn sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Bu il aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-cı il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi münasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb. İttiham aktına əsasən, Samir Əliyev hadisədən əvvəl keçmiş arvadı ilə yenidən barışmaq istəyib. Buna görə, o, görüş təyin edib. Lakin qadın barışmaq istəməyib. Nəticədə Samir onu bıçaqlayaraq, qadına xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2023, 09:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin