BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə sərxoş kişiyə basqın edən şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sami Fərhadovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə bu il Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Daş Karxanası, Elşən Mehtiyev küçəsində qeydə alınıb.

 

Belə ki, Sami Fərhadov kafedən sərxoş vəziyyətdə çıxan zərərçəkmiş Vüsal Hacıyevə (şərti) yaxınlaşaraq, ona zorakılıqla basqın edib. O, zərərçəkmişə yumruğu ilə qəsdən baş nahiyəsindən zərbələr endirərək ona xəsarət yetirib. Daha sonra Sami yerə yıxılan Vüsalın şalvarının ciblərinin içərisində 20 manat dəyərində mobil 2 nömrəni, 650 manat dəyərində “POCO” markalı mobil telefonunu, içərisində 1500 manat pulu, şəxsiyyət və sürücülük vəsiqələri olan 10 manat dəyərində pul kisəsini ələ keçirərək, zərərçəkmiş şəxsə ümumilikdə 2180 manat məbləğində maddi ziyan vurub.

 

Hadisəsən sonra Sami Fərhadov cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 20 Dekabr 2023, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin