BURADA REKLAMINIZ OLA
BİLƏR

Sevgilisinin başına boşqabla vuran şəxsə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Camal Vəliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

         

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

 

İttihama görə, hadisə 02 fevral 2023-cü il tarixdə, saat 23:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Camal Vəliyev əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində olduğu zərərçəkmiş Səma Səmədova (şərti) ilə aralarında yaranmış şəxsi münasibət zəminində mübahisə edib. Daha sonra o, evin mətbəxindən götürdüyü boşqabla qadının baş nahiyəsinə qəsdən bir dəfə vuraraq, ona xəsarət yetirib.

 

Hadisədən sonra Camal Vəliyev cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

 

Tarix: 20 Dekabr 2023, 09:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin