BURADA REKLAMINIZ OLA
BİLƏR

Nizami Orucov: “Avtomobilin yuyulması üçün 40 manat təklif etdim, heç kim yumadı...”

“Bu ölkədə əhalinin nəhəng bir hissəsi pul qazanmaq istəmir, nə də pul qazanmağı bacarır. Ancaq oturub ağlaşma qursun, şikayət etsin, özünə qarşı yazıqlıq hissi yaratsın, özünü qurban kimi göstərsin...”

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.

 

“Maşınımın yuyulması üçün avtomobilyuma məntəqələrinə 40 manatadək təklif etdim. Heç kim yaxın durmadı. Babamın sözü yadıma düşdü: “Nizami ölməyib ki...” Özüm üçün vasitələr aldım, 35 dəqiqəyə yudum. Halbuki bu maşının yuyulmasına 40 manat təklif etmişdim. Ya heç biri nə dediyimi başa düşmədi, ya ağız büzdü, ya da işləyib qazanmaq istəmədi. Bəli, adi maşın yuyulmasına 40 manat verəcəkdim. Bir mütəxəssisin, psixologiyada 16 illik təcrübəsi olan, xaricdə təhsil almış bir insanın qəbul qiyməti 30 manat ola bilməz. Mən universiteti bitirəndə belə qəbul qiymətim 30 manat deyildi, o ki qaldı bu gün...”, - psixoloq bildirib.

 

Aytəkin Qardaşova 

Tarix: 20 Dekabr 2023, 12:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin