BURADA REKLAMINIZ OLA
BİLƏR

“AXCP seçki barədə boykot qərarı verməklə hakimiyyət dairələri ilə "bazarlıq" etmək istəyir”

Seçkilərdə iştirak siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsidir. Ölkəmizdə müasir dövrün tələblərinə uyğun “Siyasi partiyalar haqqında” qanun qəbul edilib. İstənilən partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Artıq bir neçə siyasi partiya növbədənkənar prezident seçkilərində iştirak etmək haqqında qərar qəbul edib. Ümumiyyətlə, hər bir siyasi partiya istənilən gözlənilməz siyasi situasiyaya hazır olmalıdır. Digər tərəfdən özünə güvənən, sosial bazasına arxalanan istənilən siyasi partiya üçün seçkilərin nə zaman və hansı şəraitdə keçiriləcəyi problem olmamalıdır.

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyası (GAP) sədrinin müavini Aslan Həmidli bildirib.

A.Həmidli qeyd edib ki, AXCP-nin seçkilərdə iştirak etməmək, boykot qərarı da zəiflikdən başqa bir şey deyil: “AXCP əlbəttə ki boykotu etməli idi. Çünki reallıq bunu tələb edirdi. Reallıqda bundan ibarətdir ki, xalqın istəyi və qərarı göz qabağındadır. Artıq xalq nəyin yalan nəyin isə düz olduğunu dəqiq bilir. Əli Kərimli çoxdan dərk edir ki, hakimiyyət onluq deyil ancaq neyləsin müxalifətdə satqın mövqeyi ilə qazanc əldə etməlidir, ya yox?! Sizə elə gəlir ki, AXCP müxalifət, sadəcə, seçkini boykot etdi? Xeyr, bu, aysberqin görünən tərəfidir. Görünməyən tərəfi isə onlar bu seçkini boykot etməklə hakimiyyət dairələrilə "bazarlıq" etmək istəyirlər. Bu, xalqa xəyanətdir. Siyasətbazlıq nəyə lazımdır? İllərdir bu siyasi səbatsızlıq davam edir. Hər seçkidən sonra düşərgələrində "yarpaq tökümü" baş verir. Ətraflarında qalanlar isə düşüncələri 90-larda qalanlardır. Zəiflik, siyasi iradəsizlik onların saçlarını ağartdı. İstefa bir mədəniyyətdir. Özünə və təmsil etdiyi partiyasına azacıq hörməti olan istənilən şəxs istefa verərdi. Ömründə bircə dəfə özü-özünə hörmət edib istefa versə (ümid edirəm ki, çox yaxın zamanda bunu edəcək), yaxın ətrafı onu daha hörmətlə yola salar”.

Tarix: 20 Dekabr 2023, 17:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin