BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda vəzifəli şəxs “Porsche”sini satışa çıxardı – QİYMƏT

Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov özünə məxsus “Porsche Boxter GTS” avtomobilini satışa çıxarıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

 

Avtomobil 54 min dollara (təxminən 92 min manata) təklif olunub. Elanda qeyd olunduğu kimi bu komplektasiyada Azərbaycanda ikinci avtomobil yoxdur, ikinci avtomobil kimi nadir hallarda sürülüb.

 

Qeyd: İ.Məmmədov keçmiş spiker Oqtay Əsədovun bacısı oğlunun qaynıdır.

Fotoları təqdim edirik
Tarix: 12 May 2020, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin