BURADA REKLAMINIZ OLA
BİLƏR

Si Cinpin Baydenə Tayvanla bağlı planlarını açıqladı

Çin Sədri Si Cinpin San-Fransiskoda keçirilən sammitdə ABŞ Prezidenti Co Baydenə Çinlə Tayvanı birləşdirmək niyyətində olduğunu bildirib.

 

Bu barədə NBC televiziyası məlumat yayıb.

 

Si Cinpin bu planların həyata keçirilməsi ilə bağlı dəqiq vaxt deməyib.

 

Çin Sədri bunun güc yolu ilə deyil sülhlə həyata keçiriləcəyini açıqlayıb.

 

O, həmçinin Baydenə ABŞ-nin Tayvanın 2024-cü ilin yanvarına planlaşdırılan prezident seçkilərinə təsir etdiyini diqqətə çatdırıb.

 

Tayvan Çini 13 yanvarda keçiriləcək prezident və parlament seçkilərinə müdaxilə edərək adanın dinc yolla ələ keçirilməsinə hazırlaşmaqda günahlandırmışdı.

 

APA

Tarix: 21 Dekabr 2023, 07:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin