BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin qurumuna qarşı iddia ilə bağlı ekspertiza təyin etdi

Bakı Kommersiya Məhkəməsində "Qara İnək Fermer Təsərrüfatı" MMC-nin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı yenidən iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Qeyd: "Qara İnək Fermer Təsərrüfatı" MMC Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyini məhkəməyə verərək lizinq müqaviləsi üzrə mübahisələr barədə tələbi irəli sürüb.

 

Kamal Məmmədova

Tarix: 21 Dekabr 2023, 08:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin