BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı qadınları Türkiyədə aparan şəxsdən xəbər var

Bakıda insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası 2024-cü il yanvarın 30-na təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.

 

İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub. Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci (İnsan alveri) maddələri ilə təqsirli bilinib.

 

Kamal Məmmədov

Tarix: 21 Dekabr 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin