BURADA REKLAMINIZ OLA
BİLƏR

Adam öldürməkdə təqsirləndirilən şəxs yenidən məhkəmə qarşısında

Samux rayonunda ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Elmar Əsgərovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Əsgərov Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. İttihama görə, Samux rayon sakini, 1998-ci il təvəllüdlü Elmar Əsgərov 2021-ci ilin avqustun 27-də Gəncə şəhərində 1983-cü il təvəllüdlü Sahib Abdullayevlə əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb. S.Abdullayev avqustun 29-da xəstəxanada ölüb.

 

Kamal Məmmədov

Tarix: 21 Dekabr 2023, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin