BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xəzər TV”də daha bir veriliş dayandırıldı

Xəzər Televiziyasında Kamal Dənizin "Çöl adamı" verilişinin yayımı dayandırılıb.

 

Pravda.az-ın xəbərinə görə, Kamal Dəniz xəbəri təsdiq edib: "Bəli, aprelin 15-dən verilişin yayımı dayandırılıb. Amma çəkilişlərimiz davam edir. Hazırda Şəmkir rayonunda çəkilişdəyik. Bu veriliş müəllif layihəmdir. Azərbaycan tarixi, milli mətbəxi, mədəniyyəti, təbiətini əks etdirən və təbliğ edən verilişdir. Kifayət qədər tamaşaçı kütləsi var. Tamaşaçılar yaxın vaxtlarda Xəzər Televiziyasında olmasa da, başqa telekanalların birində verilişi izləyə biləcəklər".

 

Aparıcı verilişin yayımının hansı səbəbdən dayandırılmasına belə aydınlıq gətirib:

 

"Yeni format təklif olundu, qəbul etmədim. Ərizəmi yazıb işdən çıxdım".Yenicag

Tarix: 12 May 2020, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin