BURADA REKLAMINIZ OLA
BİLƏR

“Baku Medical Plaza”da 24 yaşlı qız plastik əməliyyat zamanı öldü

Bakıda 24 yaşlı qız plastik əməliyyat zamanı ölüb.

 

Pravda.az-ın xəbərinə görə, hadisə mayın 11-i “Baku Medical Plaza”da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib.

 

O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib.

 

Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.Qafqazinfo

Tarix: 12 May 2020, 10:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin