BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Sədərək”də mağazaya basqın edən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində "Sədərək” ticarət mərkəzində mağazaya basqın etməkdə təqsirləndirilən Elnur Əmənovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə ötən ilin 15 noyabr tarixində Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Əmənov sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib, mağazadan 30 min manat pul götürərək qaçıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Elnur Əmənov şübhəli şəxs qismində saxlanılaraq həbs olunub. Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs iki ildir ki, telefon vasitəsilə onlayn qaydada qumar oyununda külli miqdarda pul uduzduğundan sözügedən cinayət əməlini törətdiyini bildirib.

 

Kamal Məmmədov 

Tarix: 22 Dekabr 2023, 08:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin