BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafesində əxlaqsızlıq yuva təşkil edən 75 yaşlı sahibkar məhkəmə zalında həbs edildi

Ağdaş Rayon Məhkəməsində əxlaqsızlıq yuvaları saxlamada təqsirləndirilən Əşrəf Dadaşovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il 1 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib, barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilib və məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, kiçik sahibkar, 1948-ci il təvəllüdlü Əşrəf Dadaşov tamah məqsədi ilə Ağdaş rayonu ərazisində yerləşən “Karvan” kafesini fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvası kimi təşkil edib. Ağdaş Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qadın və kişi üçün ayrılmış otaqda onlar cinsi əlaqədə olarkən saxlanılıb.

 

Daha sonra kafe sahibi Əşrəf Dadaşov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Qeyd: Əşrəf Dadaşov daha əvvəl də eyni əmələ görə məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 22 Dekabr 2023, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin