BURADA REKLAMINIZ OLA
BİLƏR

Bıçaqlayaraq hakimiyyət nümayəndəsinə zor tətbiq edən şəxs məhkəmə zalından azadlığa buraxıldı

Ağdam Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Yaşar Kərəmovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə zalında dərhal həbsdən azad olunub.

 

İttihama görə, hadisə 17 may 2023-cü ildə, saat 00:30 radələrində Ağdam rayonunun Evoğlu kəndində qeydə alınıb. Belə ki, Yaşar Kərəmov yaşadığı evin həyətində sərxoş vəziyyətdə olan zaman ailə üzvləri ilə mübahisə edib. Ailə üzvləri münaqişəsinin qarşısının alınması və müvafiq tədbirlərin görülməsi üçün bacısının xahişi ilə qonşusu 16 may 2023-cü il tarixdə saat, 22:28-də mobil telefonla Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə məlumat verib. Daha sonra Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib. Bu zaman o, Ağdam rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı, zərərçəkmiş Cabbar Cabbarzadəni (şərti) mətbəx bıçağı ilə iki dəfə zərbə vurub. Nəticədə polis əməkdaşı sağlamlığa yüngül zərər vurmaya aid xəsarət alıb və o, hakimiyyət nümayəndəsinə xidməti vəzifəsini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib. Hadisədən sonra Yaşar Kərəmov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 22 Dekabr 2023, 08:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin