BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-ə işə düzəltmək adı ilə dələduzluq edildi - CƏZA

Ağdam Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Səfər Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mahir Niftəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

 

İttihama görə, Səfər Məmmədov 2021-ci ilin sentyabr ayında məlum olmayan gündə və vaxtda etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz olan tanışı vasitəsi ilə tanış olduğu zərərçəkmiş Qabil Alıyev (şərti) ilə aralarında olan telefon danışığı zamanı sonuncunun oğlunu Fövqəladə Hallar Nazirliyinə (FHN) 8000 manat müqabilində işə düzəldəcəyinə inandırıb. O, bu yolla zərərçəkmişin 4000 manatını Ağdam rayonunun Baharlı qəsəbəsində yerləşən kafedə dələduzluq yolu ilə ələ keçirib.

 

Bundan başqa, Səfər Məmmədov digər 2 zərərçəkmişdən ümumilikdə 3600 manat pul alaraq dələduzluq edib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 22 Dekabr 2023, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin