BURADA REKLAMINIZ OLA
BİLƏR

Kişi 280 manat borcu qaytarmayan qonşusunun evini qəsdlə yandırdı - MƏHKƏMƏ

Ağcabədi Rayon Məhkəməsində qonşusunun evini qəsdlə yandırmaqda təqsirləndirilən Zamir Hacıyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

 

İttihama görə, hadisə 01 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Ağcabədi şəhəri H.Hacıyev küçəsində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Zamir Hacıyev qonşusu, zərərçəkmiş Mahal Səfərovun (şərti) ona 280 manat pul borcu olub və qaytarmayıb. O, bu səbəbdən zərərçəkmişdən qisas almaq niyyəti ilə onun fərdi yaşayış evinə qəsdlə yandırıb. Nəticədə Zamir Mahala ümumilikdə 14526 manat maddi ziyan vurub.

 

Hadisədən sonra Zamir Hacıyev cinayət məsuliyyətinə cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Qeyd: Hadisə zamanı təqsirləndirilən şəxs sərxoş olub, zərərçəkmiş isə ailəsi ilə birgə Bakı şəhərində imiş.

 

Kamal Məmmədov

 

 

Tarix: 22 Dekabr 2023, 08:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin