BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyin üçün ən faydalı qidalar açıqlandı

“Pəhriz beynin fəaliyyətinə təsir edir, onu faydalı maddələrlə təmin edir və ona kömək edir”.

 

Yeniavaz.com xəbər verir ki, bu barədə “HuffPost”a nevroloq və autizm üzrə mütəxəssis Robert Melillo və nevroloq Dale Bredesen danışıblar.

 

Melillo, beynin bədənə daxil olan kalorilərin təxminən 20 faizini istehlak etdiyini bildirib:

 

“Bu, insan bədəninin hər hansı digər orqanından daha çoxdur, buna görə də qidalanma zehni fəaliyyətin keyfiyyətinə birbaşa təsir göstərir. Məsələn, tərkibində flavonoidlər olan qidalar, məsələn, göyərti və ya alma beyni gəncləşdirir. Ağıl üçün həmçinin antiinflamatuar təsiri olan qidalar faydalıdır. Siyahıya göyərti, zəncəfil, brokoli və zərdəçal daxildir”.

 

Neyroloq Bredesen öz növbəsində əlavə edib ki, yağlı balıq və avokadonun da beyinə faydası var, çünki onların tərkibində damar sağlamlığı və yaddaş funksiyası üçün lazım olan yağlar var: “Bundan əlavə tez-tez yumurta yeməyi məsləhət görürəm. Onların tərkibində sinir sistemi üçün vacib olan neyrotransmitter olan asetilkolin var”.

Tarix: 22 Dekabr 2023, 09:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin