“Hazırda Azərbaycanda 1693 uşaq bağçası və körpələr evi var ki, məktəbəqədər təhsil xidməti göstərirlər, həmçinin 100-dən yuxarı lisenziya almış məktəbəqədər təhsil müəssisəsi fəaliyyətdədir. Mövcud qaydalara əsasən, məktəbəqədər təhsil pillələləri fiziki, psixoloji olaraq məktəb yaşlı uşaqların məktəbə hazırlıqlarını da həyata keçirirlər. Bilirsiniz ki, 2011-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə uşaq bağçaları və körpələr evi Təhsil Nazirliyindən (indiki Elm və Təhsil Nazirliyi) alınaraq icra hakimiyyətlərinə verilmişdi. 2021-ci ilin dekabrında növbəti sərəncamla Prezident uşaq bağçalarını Elm və Təhsil Nazirliyinə qaytardı. Hazırda Nazirliyin tərkibində yaradılan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi uşaq bağçaları və körpələr evinin birbaşa idarəetməsini həyata keçirir. Agentlik uşaq bağçalarının maddi-texniki bazası, kadr potensialı baxımından ortaya çıxan problemlərini həll edə bilir. Diqqət etsək, uzun illər ərzində bu sahədə formalaşmış bir neçə problem var. Təbii ki, əvvəllər ən ciddi problem uşaq bağçalarına və körpələr evinə qəbul zamanı qeydiyyatla bağlı idi. Çünki əsassız tələblər irəli sürülürdü”.
Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, indi bağçalara, eləcə də məktəbə hazırlıq qruplarına qəbul elektron portal vasitəsilə həyata keçirilir: “Hər şey elektron formadadır, kənar müdaxilə mümkün deyil. Hazırda ortaya çıxan problem budur ki, məktəbəqədər təhsil müəssisələrində məktəbə hazırlıq qrupları üçün, demək olar, boş yerlər yoxdur. Ciddi şəkildə qrup çatışmazlığı var. Sadəcə, say azlığını görürük. Halbuki əvvəllər qidalanma ilə də bağlı problem var idi. Çünki yerli icra hakimiyyəti orqanları bəzi hallarda uşaqlar üçün müəyyənləşmiş qida menyusunu mənimsəyirdilər. Bu problem də aradan qalxıb. İndi tam şəkildə mövcud menyular uşaqlara çata bilir. Amma biz hələ də kadr çatışmazlığı ilə bağlı problem yaşayırıq. Çünki uşaq bağçaları və körpələr evində çalışan 18 mindən çox müəllimin, təəssüf ki, böyük bir qismi bu sahə üzrə təhsilli deyil, ya da ümumiyyətlə, təhsilləri yoxdur. Hesab edirəm, bu istiqamətdə işlər aparılmalı, maddi-texniki baza gücləndirilməlidir”.
K.Əsədov təklif edib ki, uşaq bağçalarında, məktəbə hazırlıq qruplarında və ümumi qruplarda kamera nəzarəti olmalıdır: “Valideynlər uşaqlarının təlim-tərbiyə, tədris gedişini izləyə bilməlidirlər. Eyni zamanda məktəbəqədər təhsillə bağlı milli kurikulumlar və dərsliklər hazırlanmalıdır ki, uşaqlar birinci sinfə hazırlaşanda müəyyən bilik və bacarıqlara rasional şəkildə yiyələnə bilsinlər. Uşaqlar 1-ci sinfə gedəndə onlarda bu istiqamətdə problemlər görə bilirik. Özəl bağçalarda uşaqlara daha yüksək biliklər verilir, bacarıqları formalaşdırlır. Hesab edirəm, uşaq bağçaları və körpələr evinə ciddi yanaşma ortaya qoyulmalıdır. Xüsusilə, təhlükəsizlik məsələlərinə diqqət edilməlidir. Çünki hazırda bağçalarda və məktəbəqədər təhsil müəssisələrində təhlüksizlik tədbirləri o qədər də ürəkaçan deyil. Ən vacibi isə həmin müəssisələrdə mütləq servis xidməti olmalıdır ki, uşaqların vaxtında və təhlükəsiz çatdırılmalarında yaranan problem aradan qalxsın”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin