BURADA REKLAMINIZ OLA
BİLƏR

Təhsil müddəti ilə bağlı RƏSMİ AÇIQLAMA

Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi, magistratura sisteminin ləğv olunması və bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi barədə xəbərlərə münasibət bildirib.

 

Pravda.az-ın xəbərinə görə, nazirlikdən bildirilib ki, həmin məlumatlar həqiqəti əks etdirmir.

 

“Hazırda Silahlı Qüvvələrin Hərbi Akademiyasında tədrislə bağlı heç bir dəyişiklik yoxdur. Bu haqda yayılan informasiyalar həqiqəti əks etdirmir”, - Müdafiə Nazirliyindən vurğulanıb.

 

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil müddətinin 2 ildən 1 ilə endirilməsi və magistratura sisteminin ləğv olunması ilə bağlı məlumat yayılıb. Eyni zamanda bu il akademiyaya daxil olan zabitlərə diplom əvəzinə sertifikat veriləcəyi iddia olunub.Report

Tarix: 12 May 2020, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin