“Axşam baş vermiş yanğında bizim günahımız yoxdur. Hazırda araşdırma gedir. Yəqin ki, hər şey bəlli olacaq”.
Pravda.az-ın xəbərinə görə, bunu dünən axşam yanğın baş verən “EuroHome” tikinti materialları bazarının rəhbəri Samir Məmmədov deyib.
Onun sözlərinə görə, bazarda yanğından mühafizə olunmaq üçün bütün ehtiyat tədbirləri görülübmüş: “Bazarda nə elektrik naqilləri işləyib, nə qaz olub. Belə olan halda yanğın necə baş verə bilər? Mühafizəçimizin sözlərinə görə, yanğın bazarın arxasında yerləşən “TIR parkı”ndan başlayıb. Çox güman ki, onun dedikləri təsdiqlənər. Hazırda burada ciddi araşdırmalar gedir. Bu dəqiqə mən Baş Prokurorluğunun müstəntiqlərinə ifadə verirəm”.
İş adamı Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun onu məsuliyyətsizlikdə suçlamasına da münasibət bildirib: “Düzdür, cənab nazir bizi məsuliyyətsizlikdə ittiham edir. Amma biz yanğından mühafizə üçün lazım olan hər şeyi etmişdik və bu məsələni tam şəkildə, standartlara uyğunlaşdırmaq üçün şirkətlərlə müqavilə bağlamışıq. Dünən yanğının söndürülməsi üçün bazarda olan su ehtiyatından və digər köməkçi vasitələrdən istifadə olundu”.
Samir Məmmədov bazarın qəsdən yandırılması ilə bağlı iddialara da münasibət bildirib: "Həmiə nəsə baş verəndə onunla bağlı müxtəlif versiyalar səsləndirilir. İndi də bazarın başqa yerə köçürülməsi, ard-arda böyük yanğınların baş verməsinin təsadüfi olmadığı ilə bağlı iddialar var. Mən bu barədə heç nə deyə bilmərəm. Biz öz işimizlə məşğuluq. Hazırda araşdırmalar davam edir. Taxta bazarının bir anda alışması, böyük yanğının baş verməsi təbiidir. Bu bazarda satılan məhsulların əksəriyyəti yanan materiallardır”.
Qeyd edək ki, 11 may 2020-ci il tarixində saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi təqribən, 22 500 kv.m.-ə yaxın olan bazarın 3 300 kv.m. hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.
Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin ümumilikdə 406 nəfər canlı qüvvəsi və 54 ədəd texnikası cəlb olunub.
Onu da bildirək ki, bazar 2019-cu ilin dekabrında da demək olar ki, tam yanmışdı.Bakupost
16 Sentyabr 12:49
16 Sentyabr 12:45
16 Sentyabr 12:40
16 Sentyabr 12:34
16 Sentyabr 12:26
16 Sentyabr 12:24
16 Sentyabr 12:13
16 Sentyabr 12:11
16 Sentyabr 12:08
16 Sentyabr 11:54
16 Sentyabr 11:44
16 Sentyabr 11:39
16 Sentyabr 11:35
16 Sentyabr 11:30
16 Sentyabr 11:25
16 Sentyabr 11:22
16 Sentyabr 11:20
16 Sentyabr 11:16
16 Sentyabr 11:09
16 Sentyabr 11:05
16 Sentyabr 11:04
16 Sentyabr 11:02
16 Sentyabr 11:00
16 Sentyabr 10:56
16 Sentyabr 10:53
16 Sentyabr 10:50
16 Sentyabr 10:50
16 Sentyabr 10:46
16 Sentyabr 10:28
16 Sentyabr 10:25
16 Sentyabr 10:20
16 Sentyabr 09:31
16 Sentyabr 09:21
16 Sentyabr 09:11
16 Sentyabr 09:04
16 Sentyabr 08:57
16 Sentyabr 08:32
16 Sentyabr 08:28
16 Sentyabr 08:24
16 Sentyabr 08:20
16 Sentyabr 08:16
16 Sentyabr 08:14
16 Sentyabr 08:12
16 Sentyabr 08:08
16 Sentyabr 08:04
16 Sentyabr 06:36
16 Sentyabr 06:33
16 Sentyabr 06:28
16 Sentyabr 01:34
16 Sentyabr 01:32
15 Sentyabr 21:53
15 Sentyabr 21:26
15 Sentyabr 20:47
15 Sentyabr 19:02
15 Sentyabr 18:54
15 Sentyabr 18:31
15 Sentyabr 18:29
15 Sentyabr 18:27
15 Sentyabr 18:23
15 Sentyabr 18:21
15 Sentyabr 18:17
15 Sentyabr 18:12
15 Sentyabr 18:06
15 Sentyabr 18:05
15 Sentyabr 18:01
15 Sentyabr 17:59
15 Sentyabr 17:55
15 Sentyabr 17:53
15 Sentyabr 17:47
15 Sentyabr 17:39
15 Sentyabr 17:36
15 Sentyabr 17:34
15 Sentyabr 17:29
15 Sentyabr 17:16
15 Sentyabr 17:10
15 Sentyabr 17:09
15 Sentyabr 17:08
15 Sentyabr 17:07
15 Sentyabr 17:01
15 Sentyabr 17:00
15 Sentyabr 16:59
15 Sentyabr 16:59
15 Sentyabr 16:52
15 Sentyabr 16:51
15 Sentyabr 16:49
15 Sentyabr 16:48
15 Sentyabr 16:47
15 Sentyabr 16:45
15 Sentyabr 16:44
15 Sentyabr 16:44
15 Sentyabr 16:42
15 Sentyabr 16:41
15 Sentyabr 16:41
15 Sentyabr 16:39
15 Sentyabr 16:38
15 Sentyabr 16:37
15 Sentyabr 16:36
15 Sentyabr 16:35
15 Sentyabr 16:34
15 Sentyabr 16:32
15 Sentyabr 16:30
15 Sentyabr 16:15
15 Sentyabr 16:04
15 Sentyabr 15:57
15 Sentyabr 15:48
15 Sentyabr 15:44
15 Sentyabr 15:43
15 Sentyabr 15:37
15 Sentyabr 15:35
15 Sentyabr 15:15
15 Sentyabr 15:12
15 Sentyabr 15:09
15 Sentyabr 15:08
15 Sentyabr 15:05
15 Sentyabr 14:59
15 Sentyabr 14:55
15 Sentyabr 14:49
15 Sentyabr 14:45
15 Sentyabr 14:41
15 Sentyabr 14:35
15 Sentyabr 14:32
15 Sentyabr 14:30
15 Sentyabr 14:28
15 Sentyabr 14:18
15 Sentyabr 14:13
15 Sentyabr 14:11
15 Sentyabr 14:09
15 Sentyabr 14:08
15 Sentyabr 13:54
15 Sentyabr 13:16
15 Sentyabr 13:13
15 Sentyabr 13:01
15 Sentyabr 12:59
15 Sentyabr 12:30
15 Sentyabr 12:27
15 Sentyabr 12:25
15 Sentyabr 12:24
15 Sentyabr 12:14
15 Sentyabr 11:58
15 Sentyabr 11:46
15 Sentyabr 11:34
15 Sentyabr 11:19
15 Sentyabr 11:06
15 Sentyabr 10:55
15 Sentyabr 10:45
15 Sentyabr 10:39
15 Sentyabr 10:36
15 Sentyabr 10:25
15 Sentyabr 10:19
15 Sentyabr 10:10
Ən son xəbərləri səhifəmizdən də izləyin