BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaponiya 1945-ci ildən bəri ilk dəfə silah ixracına qoyulan qadağanı ləğv edib

Yaponiya hökuməti hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmaq və öldürücü silahların ixracına qoyulan qadağanı ləğv etmək qərarına gəlib.

 

Bu barədə ABŞ-nin “Fox News” telekanalı Yaponiyanın Baş naziri Fumio Kişidanın sözlərinə istinadən məlumat yayıb.

 

İddia olunur ki, Yaponiya hakimiyyəti müdafiə xərclərini 16 faiz artırmaq, eləcə də İkinci Dünya müharibəsinin bitməsindən - 1945-ci ildən qüvvədə olan silah ixracına qoyulan qadağanı ləğv etmək qərarına gəlib.

 

Kişida Yaponiyanın pasifist ölkə olaraq qaldığını vurğulayıb:

 

“Biz qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamın müdafiəsinə, Hind-Sakit okeanı regionunda sülh və sabitliyə töhfə verməyə ümid edirik”, - deyə o bildirib.

 

Oxu.az

Tarix: 24 Dekabr 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin