BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri Prezident İlham Əliyevi təbrik etdi

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

 

Pravda.az-ın xəbərinə görə, təbrikdə deyilir:

 

“Bu gün Prezident cənab İlham Əliyevin doğum günüdür. Heç şübhəsiz ki, bu gün həm də Qarabağı işğaldan tam azad etmiş Azərbaycan Ordusunun Ali Baş Komandanının həyatında özəl bir əhəmiyyət daşıyır. Bir prezidentin, bir Ali Baş Komandanın dövlətin, millətin taleyi üçün nə qədər böyük məsuliyyət daşıdığını xatırlatmaq bəlkə də artıq olardı. Məhz prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbə bizə təkcə itirilmiş torpaqlarımızı qaytarmadı, həm də özünəinamımızı bərpa etdi, yüksək əzm, iradə, cəsarət və mübarizlikdən yoğrulmuş qəhrəmanlıq ruhumuzu oyatdı, bizi utanc və ümidsizlikdən xilas etdi, bizə böyük qalibiyyətdən doğan yüksək fəxarət hissi yaşatdı. Buradan öz adımdan, partiyamızın lideri Rəsul Quliyev adından, eyni zamanda partiyamızın üzvləri adından müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarını təbrik edir, uzun ömür, möhkəm can sağlığı və yeni-yeni uğurlar diləyirəm. Doğum gününüz mübarək!”

Tarix: 24 Dekabr 2023, 18:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin