BURADA REKLAMINIZ OLA
BİLƏR

Vuçiç: Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil - YENİLƏNDİ

Belqrad şəhər administrasiyasının binasını ələ keçirmək cəhdi inqilab deyil, Serbiya hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edir.

 

Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa təcili müraciəti zamanı deyib.

 

"Serbiya vətəndaşları, sizə demək istəyirəm ki, vəziyyət dramatik olsa da, narahat olmayın. Heç bir inqilab baş vermir. Biz təsadüfi nümayişçilərin heç birinə zərər verməmək üçün çalışırıq.”, - deyə prezident vurğulayıb.

 

APA

 

***

23:42

 

Dekabrın 18-də axşam saatlarında Belqradın mərkəzində Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayan “Serbiya zorakılığa qarşı” müxalifət blokunun tərəfdarları şəhər administrasiyasının binasına daxil olmağa çalışırlar.

 

Bu barədə “TASS” məlumat yayıb.

 

Nümayişçilər qapını yerindən çıxarmaq üçün bayraq dirəyindən istifadə edib, həmçinin pəncərəni sındırıb, binaya daş və pivə qutuları atmağa başlayıblar.

 

Eyni zamanda müşahidə kameralarını da məhv edilib. Bundan əlavə, iğtişaşçılar məşəllərdən istifadə edirlər.

 

Yerli mətbuat isə bildirib ki, Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciət edəcək./Report

 

Tarix: 24 Dekabr 2023, 23:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin