BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsinin rüşvət alan sabiq əməkdaşından xəbər var

Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun rüşvət almaqda təqsirləndirilən keçmiş əməkdaşı Cavid Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayətinin vaxtı məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses dekabrın 26-na təyin edilib.


Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib və azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, C.Məmmədov rüşvət almaqda təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrm edilib. O, məhkəmə zalında həbs olunub. C.Məmmədov hökmdən narazı qalıb və barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
 

Qeyd: C.Məmmədov bu ilin yanvar ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı rəsmi məlumata görə, C.Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində, eləcə də dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiyaya qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Bununla da Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilərək onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2023, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin