BURADA REKLAMINIZ OLA
BİLƏR

Mənzildən 62 min dollar oğurlayan şəxslər kassasiya şikayəti verdi

Bakıda mənzildən oğurluq etməkdə təqsirləndirilən Camal Sultan və Ramiz Əliyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 26-na təyin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Sultan məhkəmə zalından azadlığa buraxılıb, R.Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Hadisə ötən ilin mayında Xətai rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılıblar. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin