BURADA REKLAMINIZ OLA
BİLƏR

İnsan alveri ilə məşğul olan qadın hökmdən narazıdır

İnsan alverində təqsirləndirilən Gülsevər Qurbanovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə araşdırılacaq


Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 27-nə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ilə G.Qurbanova 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Qurbanova Gülsevər Aslan qızının qadınları tamah niyyəti və aldatma yolu ilə istismar məqsədilə dövlət sərhədindən keçirərək, onların pasportlarını götürüb saxlamaqla insan alveri cinayəti törətdiyi məlum olub. Buna görə də, o, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Baş İdarədə araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrilə cinayət işi başlanılıb. İşin halları ətraflı araşdırıldıqdan sonra baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov 

Tarix: 25 Dekabr 2023, 09:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin