BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını dostunun “söhbəti”nə görə bıçaqlayan şəxs yenidən məhkəmə qarşısında

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən  Fuad Eminlin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə araşdırılacaq

 

Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 25-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və Xəqani Səfərzadə məhkəmə iclas zalından həbs olunub.

 

İttihama görə, hadisə bu il paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Fuad Eminlinin dostu Kərəm Əmirov (şərti) digər şəxslərlə mübahisə edib. Mübahisədən sonra onlar tanışı, zərərçəkmiş Əli Əkbərli (şərti) qarşılaşıblar. Söhbət zamanı həmin şəxslərin arasında mübahisə düşüb. Bu zaman Fuad Eminli cib bıçağı ilə zərərçəkmiş şəxsin qarın və bel nahiyələrindən vuraraq, ona xəsarətlər yetirib.

 

Hadisədən sonra Fuad Eminli saxlanılıb və barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 25 Dekabr 2023, 10:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin