BURADA REKLAMINIZ OLA
BİLƏR

“Almeyvə” ilə bağlı iş icraata götürüldü

“Almeyvə” MMC-yə yazılan inzibati protokolla bağlı iş icraata götürülüb.

 

Pravda.az-ın xəbərinə görə, protokola Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda baxılacaq.

 

Qeyd: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Xəyal Quliyev

Tarix: 26 Dekabr 2023, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin