BURADA REKLAMINIZ OLA
BİLƏR

Qəza zamanı digər sürücünün ölümünə səbəb olan şəxs azadlığa buraxıldı

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Sübhan Mütəllimovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət qismən təmin edilib, Qaradağ Rayon Məhkəməsinin 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirib və o, azadlığa buraxılıb. Məhkum cəzasını Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 2022-ci il avqustun 26-da Qaradağ rayonu, Xocasən qəsəbəsində qeydə alınıb. Belə ki, Sübhan Mütəllimov idarə etdiyi "Nissan Sunny" markalı maşınla dönmə əməliyyatını yerinə yetirərkən Abşeron rayon sakini, 1961-ci il təvəllüdlü Muradalı Manafovun idarə etdiyi "ZAZ" markalı avtomobillə toqquşub. Nəticədə Muradalı Manafov ağır xəsarətlərlə xəstəxanaya daxil olub. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

 

Kamal Məmmədov

 

 

 

 

 

Tarix: 26 Dekabr 2023, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin