BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sifarişlə adam döyən şəxslərlə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Zaman Cəfərov və onun tanışı Samir Səfərovun (hər ikisinin ad, soyadı şərti) barəsindəki hökmdən dövlət ittihamçısı verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, Zaman Cəfərov və onun tanışı Samir Səfərov şəxsiyyəti istintaqa məlum olmayan şəxsin sifarişi əsasında hansısa şəxsin döyülərək cəzalandırılmasını təşkil etmələri barədə razılığa gəlib.

 

Belə ki, onlar 26 noyabr 2022-ci il tarixdə, saat 04:30 radələrində “Toyota Prius” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu yaşayış massivində yerləşən fərdi evin qarşısına gələrək orada zərərçəkmiş Vahid Məmmədovun (ad, soyadı şərti) gəlməsini gözləyib. Daha sonra həmin şəxslər xuliqanlıq niyyəti ilə sonradan şəxsiyyəti onlara məlum olan zərərçəkmiş Vahid Məmmədovu əllərində olan istintaqa məlum olmayan dəmir və taxta parçalarından istifadə edərək qəsdən sifət, baş və sol böyrək nahiyələrindən zərbələr vurub. Nəticədə Zamanla Samir sifarişlə və xuliqanlıq niyyəti ilə Vahid Məmmədova qəsdən sağlamlığa az ağır zərər yetiriblər.

 

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə onlar barəsində bəraət hökmü çıxarılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Daha sonra prokuror kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

 

 

 

Tarix: 26 Dekabr 2023, 08:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin