BURADA REKLAMINIZ OLA
BİLƏR

Bağda bacısı ilə birgə tutduğu qonşusunu bıçaqlayan şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Səxavət Əsgərovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət qismən təmin edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Onun 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib.

 

İttihama görə, 25 mart 2023-cü tarixdə, saat 03:50 radələrində Göygöl rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Səxavət Əsgərov onlarla bir yerdə yaşayan, nikahı pozulmuş bacısı Nəzrin Əsgərovanı (şərti) qonşusu Namiq Babayevlə (şərti) gecə saatlarında yaşadıqları evin həyətyanı sahəsində qucaqlaşarkən görüb. O, həmin şəxslərin arasında sevgi münasibətləri olmasından şübhələnib. Bu zaman Səxavət onları yaxınlaşıb. Lakin bacısı ilə Namiq oradan qaçıb. Təqsirləndirilən şəxs də Namiqin arxası ilə gedib. O, Namiqin evlərinə daxil olduğunu görüb. Daha sonra Səxavət qonşusunu çağırıb, lakin çölə çıxıb. Bu zaman həyətə Namiqin atası, zərərçəkmiş Həsən Babayev gəlib. Səxavət ona oğlunun bacısı ilə münasibətdə olmasını, Namiqin namussuzluq etdiyini bildirib. Zərərçəkmiş şəxs isə oğlunu müdafiə edərək ona ağır ifadələr işlətməməsini söyləyib və onların arasında mübahisə yaranıb. Bu zamanı Səxavət özü ilə gətirdiyi mətbəx bıçağı ilə Həsənin sinə nahiyəsinə bir neçə dəfə zərbə vuraraq, ona xəsarət yetirib.

 

Daha sonra Səxavət Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

Tarix: 26 Dekabr 2023, 08:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin