BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloq: “Cahil, kinli, əsəbi insanların inancına görə, Allah Gəncədəki şam ağacını yıxmaq qərarına gəlib”

“Gəncədə Yeni il üçün bəzədilən şam ağacını külək yıxıb. Gəlin, birinci şərhlərə nəzər yetirək - "Çox bəyəndim, super, amma nə idi elə aşan, onu bilmədim...”, “Müsəlmanlar “yolka” qurur, nə məqsədlə? Allah istəmədi, aşırdı”, “Qəşəng şeytan bayramıdır”, “Əlhəmdülilləh, nə “bomba” oldu”, “Lap əcəb olub”, “Bu, o deməkdir ki, Yeni il, “Şaxta baba” müsəlman bayramı deyil, bunu qəbul etmək çoxmu çətindir?”, “Allah böyükdür, bugünkü küləyin səbəbi bu imiş”, “Allahu-Təala camaata “Ayılın!” deyir, qiyamətə az qalıb”, “Yeni il bizim bayram deyil, müsəlman ölkəyik, amma xristianların bayramını keçiririk”, “Yaxşı olub, çünki müsəlmanın əsl bayramı Novruzdur, Yeni il deyil. Müsəlmanın qanını, körpəsini, ailəsini öldürən, şeytanın yolunu gedən rusların bayramıdır...”, “Bu, Allahın bəndələrinə işarətidir”, “Allah edir, qardaş, bu, xristianların bayramıdır, müsəlmanların yox...” Cahil, kinli, əsəbi, həyatdan incik qalmış insanların fikrinə və inancına görə, Allah Gəncədəki şam ağacını yıxmaq qərarına gəlib...”

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.

 

“Maraqlıdır ki, eyni külək Ağstafadakı yanacaqdoldurma məntəqəsinə də zərər verib. Görəsən, Allahın həmin adamlarla, sahibkarla nə işi var idi? Bəlkə, benzinə su doldurur? Bu, bir zarafatdır... Ağstafalı olaraq oradan maşına xeyli benzin doldurmuşam. Heç bir problem olmayıb. Bəs yaxşı, Allahın Tovuzun “Turan” komandası və stadionun işıqlandırma dirəyi ilə nə problemi var idi? Hər zaman külək də olub, zəlzələ də, sel də. Hər zaman da olacaq. Bunun qiyamətlə, Allahın bizi cəzalandırması ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Zəhmət olmasa, orta məktəb kitablarını açıb yenidən oxuyun. Bəlkə, çürümüş ruhunuza, yüngülvari çürümüş ağlınıza bir terapiya götürəsiniz?”, - psixoloq bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Dekabr 2023, 09:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin