BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin: Rusiya milli valyutalarda hesablaşmaların genişləndirilməsinə diqqət yetirəcək

“Rusiya 2024-cü ildə MDB-yə sədrliyi dövründə Birlik çərçivəsində iqtisadi əlaqələrin dərinləşməsinə və xüsusən də milli valyutalarda hesablaşmaların genişləndirilməsinə ciddi diqqət yetirmək niyyətindədir”.

 

Bunu Rusiya Prezidenti Vladimir Putin Konstantinovski sarayında MDB-nin qeyri-rəsmi sammitini açarkən deyib.

 

“Təbii ki, biz MDB çərçivəsində iqtisadi əməkdaşlığın daha da gücləndirilməsinə ciddi diqqət yetirəcəyik. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi sabit artım nümayiş etdirib. 10 ayın məlumatına görə, bu göstərici 2% artaraq 83,7 milyard dollar təşkil edib”, - o bildirib.

 

V.Putin vurğulayıb ki, Rusiya Birlikdəki tərəfdaşları ilə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha fəal keçidin lehinə işləməyə davam edəcək.

 

“Əminik ki, bu, dövlətlərimizin iqtisadi və maliyyə suverenliyini daha etibarlı şəkildə təmin etməyə imkan verəcək”, - o qeyd edib.

 

Report

Tarix: 26 Dekabr 2023, 20:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin